Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
“Azərfon” operatoru tərəfindən 3G şəbəkəsinin istismara verildiyi gündən bu günədək bu standartı dəstəkləyən telefonlara böyük tələbat olub.
“Nokia”nın "Cənubi MDB ölkələri" marketinq departamentinin rəhbəri Ruslan Beisov bildirib ki, “Nokia” şirkəti 4G standartını müəyyən edən azsaylı şirkətlərdən biridir. “4G şəbəkəsi ticari istismara hazır olan kimi, biz bu rabitə standartını dəstəkləyən telefonları bazarlara təqdim edəcəyik” .
Qeyd edək ki, ölkəmizdə 3G-nin tətbiqi Azərbaycanın bu sahədə dünya ölkələri sırasında bir qədər önə çıxmasına şərait yaratmışdır.
01/06/11 Çap et