Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ortodoksal yəhudilər üçün “FaceGlat” sosial şəbəkəsi istifadəyə verilib


Ortodoksal (öz məsləkində sabit və ardıcıl olan) yəhudilər üçün “FaceGlat” adlı sosial şəbəkəni "Habad" hasidizm (XVIII əsrdə yəhudilər arasında yayılmış dini-mistik cərəyan) hərəkatından Yaakov Suissa yaradıb. “FaceGlat”da ortodoksal iudaizmin bütün vəziyyətlərinə əməl edilir. Birincisi, istifadəçilər artıq girişdə cinsi əlamətə görə fərqlənirlər; “FaceGlat”, bu, 2 sosial altşəbəkədir desək, yanılmarıq.
“FaceGlat” dizaynına görə “Facebook” şəbəkəsini xatırladır; kiçik fərq reklamın olmamasıdır. "Qəlbində Allah qorxusu olan hər bir insan və öz uşaqlarının təhsilinin qayğısına qalan şəxslər “Facebook” şəbəkəsində olan reklam və şəkillərə dözə bilmirlər”, - Yaakov Suissa bildirib. Bu təmkinli insan Mark Sukerberqin ünvanına fikir bildirmir və onu apostat adlandırmır. "FaceGlat” “Facebook” şəbəkəsinin alternativi deyil, bu, spesifik auditoriya üçün layihədir", - cənab Suissa izah edib. Yeri gəlmişkən, “Facebook” hesabından istifadə edərək “FaceGlat” şəbəkəsinə daxil olmaq olar.


net.compulenta.ru




27/07/11    Çap et