Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğular batareya enerjisini bölüşəcək (VİDEO)


"Fulton Innovation" şirkətinin ABŞ-ın Las-Veqas şəhərində keçirilən "CES 2013" sərgisində təqdim etdiyi "eCoupled" texnologiyası sayəsində iki mobil qurğu bir-biri ilə batareya enerjisi ilə bölüşə biləcək.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni həll "ağıllı" telefon və planşet nümunəsi üzərində nümayiş etdirilib.

"Ağıllı" telefonun akkumulyatoru bitir, planşet bu halda "eCoupled" texnologiyası vasitəsilə öz enerjisinin bir hissəsini "ağıllı" telefona ötürə bilər. Enerjinin ötürülməsi üçün naqilə ehtiyac yoxdur: sadəcə "ağıllı" telefonu planşetin arxa panelinə yerləşdirmək lazımdır.

Enerji mübadiləsi iki istiqamətdə (əgər planşetin akkumulyatoru bitsə, "ağıllı" telefon öz elektrik enerjisinin bir hissəsini ona ötürə bilər) işləyir. Texnologiya "Qi" standartı üzrə simsiz enerjidoldurmanı dəstəkləyən qurğularda işləyir. Bu standart elektrik enerjisinin elektromaqnit induksiyası vasitəsilə ötürülməsini nəzərdə tutur.

Emil Hüseynov




09/01/13    Çap et