Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yenilənmiş onlayn axtarış bazası istifadəyə verildi


Vergilər Nazirliyi (VN) qeydiyyatdan keçmiş fiziki şəxslər üzrə axtarış bazasını əhalinin istifadəsinə təqdim edib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə adıçəkilən nazirliyin mətbuat xidmətindən məlumat verilib. Axtarış bazasına 2008-2013-cü illər üzrə qeydiyyatdan keçmiş fiziki şəxslər daxil edilib. Axtarış bazasından istifadə etmək isə olduqca asanlaşdırılıb və kiçik kompüter bilikləri olan hər bir şəxs belə, bu bazadan yararlana bilər.

Belə ki, bazadan istifadə etmək üçün ilk öncə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az ) daxil olmaq lazımdır. Bundan sonra «Vergi uçotuna alınmış fiziki şəxslər üzrə axtarış bazası (yenilənmiş)» bölməsi seçilməlidir. Açılan pəncərədə isə axtarılan şəxsin adı, atasının adı, soyadı və VÖİN nömrəsini yazmaqla şəxsin axtarışını həyata keçirmək mümkündür. Vergilər Nazirliyi axtarış prosesini asanlaşdırmaq üçün nümunə formasını da həmin pəncərəyə yerləşdirib.

Üstəlik, istifadəçilərin işlərini asanlaşdırmaq üçün videogörüntü də yerləşdirilib. Belə ki, «Videobələdçi» düyməsi sıxıldıqda monitora gələn görüntüdə axtarış bazasından necə istifadə etməyin yolu göstərilir. Nazirlik bildirir ki, bütün bu proseslər insanların rahatlıqla və vaxt itirmədən axtardıqları suallara tez və dolğun cavablar tapması üçün həyata keçirilib.

SEYMUR




09/01/13    Çap et