Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple“ 2013-cü ildə büdcəyə uyğun “iPhone” istehsal edəcək
"Apple" şirkəti bazarda itirdiyi mövqeyini geri qaytarmaq ümidi ilə büdcəyə uyğun "iPhone" versiyası üzərində çalışır. Bu barədə etibarlı mənbələrə istinadən "The Wall Street Journal" nəşri yazıb.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, nəşrin məlumatına əsasən, şirkət daha ucuz materiallardan "ağıllı" telefon hazırlamaq istehsalına yiyələnir. Büdcəyə uyğun "iPhone"-nun istehsalı 2013-cü ildə planlaşdırılıb.
Emil Hüseynov
09/01/13 Çap et