Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron kitabları oxumaq üçün planşetlərə üstünlük verilir
Amerikalıların elektron kitablara marağı artıb. "Pew Research Center" analitik şirkətinin ABŞ-ın 16 yaşdan yuxarı təxminən 2000 sakini arasında keçirdiyi tədqiqatın nəticəsinə əsasən, elektron kitabları oxumaq üçün nəzərdə tutulmuş xüsusi qurğularla müqayisədə planşetlərə daha çox üstünlük verilir.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, tədqiqat nəticəsinə əsasən, 2012-ci ildə ABŞ əhalisinin 23 faizi rəqəmli formatda kitablar oxuyub. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 16 faiz təşkil edirdi.
Çap nəşrinin oxucularının auditoriyası 1 il ərzində 72-dən 67 faizədək azalıb. Hazırda hər 3 amerikalıdan birində ya planşet, ya da rider var. Respondentlərin 25 faizi bildirib ki, onların planşeti var, 19 faizi isə riderə malikdir. Beləliklə, ABŞ-da planşet kompüterlərinin sayı riderləri üstələyib.
"IHS iSuppli" analitik şirkətinin qiymətləndirməsinə görə, 2012-ci ildə rider satışlarının həcmi 36 faiz azalaraq 14,9 milyon təşkil edib. Bu qurğulara tələbat planşetlərin populyarlaşması fonunda azalır.
Emil Hüseynov
09/01/13 Çap et