Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”-da dövlət müəssisələrinin xidməti sənədləri tapılıb


“Google”-un axtarış nəticələrində dövlət nazirlikləri və müəssisələrinin xidməti sənədləri aşkar olunub. Həmin sənədlərin bəziləri "məxfi" qriflə (üzərində imza olan möhür) qeyd olunub. Bu barədə RİA xəbər agentliyi məlumat yayıb. Axtarış sistemi tərəfindən indeksləşdirilən materiallar arasında Federal Antiinhisar Xidmətinin, Hesab Palatasının, İqtisadi İnkişaf Nazirliyinin və başqa strukturların sənədləri var. Qeyd edilib ki, “Google”-un axtarış nəticələrində "məxfi" qriflə qeyd olunmuş təxminən 200 fayl aşkar edilib.


lenta.ru




27/07/11    Çap et