Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Larri Ellisonun biznes qaydaları
• Risk etməmək ölümə bərabərdir.
• Məni dəli adlandıranda özümü həmişə yaxşı hiss edirəm. Bu zaman digərlərindən fərqli nəsə hazırladığımıza əmin oluram.
• Ümumi baxışları şübhə altına qoymaq meyli, ekspertlərə skeptisizmlə yanaşmaq, avtoritetlər qarşısında titrəməmək həmişə mənim fərqləndirici xüsusiyyətim olub.
• Yaxşı təhsil biznesdə üstünlük sayılır, lakin uğur zəmanəti demək deyil.
• Şirkətimizdə qüvvədə olmuş qaydaya əsasən, həftədə ən azı üç dəfə birgə nahar etmədiyimiz şəxsləri işə qəbul etməzdik.
• Mən onları eşitmək istəyirlər deyə, hamının bəyəndiyi cavabları verməyə meyilli deyiləm.
• Məhsullarımızı rəqiblərimizin məhsulları ilə müqayisə edirik. Yalan danışmırıq. Biz sadəcə onların bacarmadığını edə bildiyimizi deyirik.
• Xatırladığım və keçirdiyim ən qorxulu vəziyyət odur ki, bir dəfə məktəbdən evə qayıtdıqda anam evdə olmayıb.
• Ailə mənim üçün birinci yerdə dayanır, daha sonra “Oracle” şirkəti gəlir.
• Mən hərəkətlərimi həmişə iki nöqteyi-nəzərdən təhlil etməyə çalışıram: birincisi, onlar nə qədər ədalətli və əxlaqa uyğundur, ikincisi, onlar nə qədər işə yararlıdır.
• İnsanlar yanlış olduğumu mənə sübut edəndə xoşuma gəlir. Bu çox gözəldir! Mən haqsız olmaq istəmirəm. Buna görə məni səhv etməkdən uzaq tutan şəxslərə təşəkkür edirəm.
• “Oracle” şirkətinin əsasını qoyduqda mən yalnız sevə-sevə çalışa biləcəyim mühit yaratmaq istəyirdim.
• Həmişə üsyankar olmuşam.
• Müştərinin nə istədiyi barədə düşünmürəm. Bu barədə onun özündən soruşmağa üstünlük verirəm.
• Kompüter sənayesi moda sənayesi ilə müqayisədə dəblə ayaqlaşan yeganə sahədir.
• Mən qələbələrə alışmışam. Nə qədər çox qalibiyyət yaşayırsınızsa, bir o qədər də qalib gəlmək istəyirsiniz. • Məhsullarımız pis ola bilər, lakin nə qədər ki, onlar digərlərini üstələyir, biz qalib gələcəyik.
• Əgər mənə ikinci həyat verilsəydi, onu kompüterləşdirməyə deyil, genetik mühəndisliyə həsr edərdim.
• Mənə siz dəlisiniz deyəndə xoşuma gəlir. Pis odur ki, ünvanınıza dəliliklə bağlı deyilən sözlər eşitməyəsiniz.
• Əgər nömrə bir olmağa qadir deyilsənsə, o zaman bu biznesdə sənə yer yoxdur.
• Biz sürətli və ləng inkişaf arasında deyil, həyat və ölüm arasında seçim edirik.
• Mən hər dəqiqə biznes haqqında düşünürəm. Lakin o barədə həmişə danışmağa məcbur olduğumu düşünmürəm.
• Qalib gəlmək mənə azlıq edir. Ətrafımdakı hər şey məhv olmalıdır.
Emil Hüseynov
09/01/13 Çap et