Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Birinci siniflər üçün “İnformatika” dərsliyinin müzakirəsi aparılıb


İbtidai sinif müəllimlərinin elmi-metodiki seminarı olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, seminarda tam orta məktəblərin birinci sinifləri üçün “İnformatika” dərsliyinin və müəllimlər üçün metodiki vəsaitin müzakirəsi aparılıb.

Seminarda dərslik müəllifləri, Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri, eyni zamanda, TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Quba regional bölmələrində həmin bölgələrdən olan müəllimlər videobağlantı əsasında fikir və mülahizələrini bildirib, təkliflər verilib.




09/01/13    Çap et