Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” martın 15-də “Live Messenger” xidmətini bağlayacaq
"Microsoft" şirkəti "Windows Live Messenger" ani mesajlarla mübadilə xidmətinin bağlanması tarixini rəsmi şəkildə elan edib.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, bu xidmətdən hazırda 100 milyondan çox insan istifadə edir. 2013-cü il martın 15-dən etibarən onlardan "Skype" internet telefoniya xidmətinə keçməyi xahiş edəcəklər.
Qeyd edək ki, "Microsoft" əvvəlcədən proqrama "Live ID/Microsoft ID" hesabları vasitəsilə giriş imkanı yaratmışdı.
Emil Hüseynov
09/01/13 Çap et