Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

9 yanvarda patent mübahisəsi başa çatıb


1986-cı il yanvarın 9-dan "Polaroid" və "Kodak" şirkətləri arasında uzun müddət davam edən patent mübahisəsi başa çatıb. Şirkətlər arasında mübahisə 1976-cı il aprelin 20-də, "Eastman Kodak" şirkəti ani şəkil üçün aparat və çıxar materialları istehsalını işə saldıqda başlamışdı.

"Polaroid" cavab addımı kimi şirkəti patent hüquqlarını pozmaqda təqsirləndirərək onu məhkəməyə vermişdi. Araşdırma 9 ildən çox çəkmişdi. "ICTnews.az" elektron xəbər xidməti "forbes.ru" saytına istinadən bildirir ki, nəticədə məhkəmə "Polariod" şirkətinin iddiasını təmin etdi.

"Kodak" istehsalı dayandırmalı oldu: 1,5 milyard dollar dəyərində zavod bağlanmış, onun bir neçə əməkdaşı ixtisar edilmişdi. Həmçinin "Kodak" zərərin ödənilməsi qismində 900 milyon dollar ödəmişdi.

Emil Hüseynov




10/01/13    Çap et