Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LinkedIn” sosial şəbəkəsinin auditoriyası artır
"LinkedIn" sosial şəbəkəsinin auditoriyası hazırda 200 milyon istifadəçi təşkil edir. Bu barədə yanvarın 9-da xidmətin bloqunda dərc edilib. Məlumata əsasən, sosial şəbəkə 200 ölkənin sakini tərəfindən və 19 dildə danışan ərazidə istifadə edilir. "LinkedIn" sosial şəbəkəsi ABŞ (74 milyon), Hindistan (18 milyon), Braziliya və Böyük Britaniyada (11 milyon) daha populyardır.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə Türkiyə, Kolumbiya və İndoneziya "LinkedIn"də ən sürətli inkişaf edən bazarlar olub. Mobil sektorda isə Çin, Braziliya, Portuqaliya, Hindistan və italiyalı istifadəçilər daha aktiv olublar.
"LinkedIn" istifadəçiləri iş yeri qismində daha çox informasiya texnologiyaları (4 milyon) və maliyyə xidmətləri (2,03 milyon) sahələrini qeyd ediblər. Sosial şəbəkə istifadəçilərinin ilk beşliyinə "Virgin" korporasiyasının təsisçisi Riçard Brenson başçılıq edir.
Xatırladaq ki, "LinkedIn" sosial şəbəkəsi 2003-cü ildə istifadəyə verilib. Resurs istifadəçilərin CV hazırlamasına və vakansiyalar dərc etməsinə, həmçinin işgüzar əlaqələr yaratmasına imkan verir. 2012-ci ilin oktyabrında sosial şəbəkə ən populyar işə götürənlərin reytinqini təqdim etmişdi. Siyahıya "Google", "Apple" və "Microsoft" şirkətləri başçılıq edirdilər.
Emil Hüseynov
10/01/13 Çap et