Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində görmə imkanından məhrum olan insanlar üçün planşet yaradılıb
Çin Elmlər Akademiyasının Hesablama Texnikası İnstitutunda görmə imkanından məhrum olan insanlar üçün nəzərdə tutulmuş planşet hazırlanıb.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, elektron cihazda institutda hazırlanmış Brayl şriftinin daxil edilməsi üçün qurğu və onun Çin heroqliflərinə çevrilməsi sistemi kimi həllərdən istifadə edilib. İstehsalçılar bildiriblər ki, qurğunun istifadəsi Brayl şriftindən istifadə edə bilən görmə imkanından məhrum olan insanlar üçün sadədir.
Bundan başqa, yazılmış şrifti adi mətnə və ya çin dilində danışığa çevirmək üçün fərdi kompüterə qoşmaq mümkündür. İstehsalçılar, həmçinin vurğulayıblar ki, yeni elektron yazı kitabçasının istehsalı ucuz başa gəlir.
Emil Hüseynov
10/01/13 Çap et