Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google”-un direktoru KXDR-i interneti inkişaf etdirməyə çağırıb
Şimali Koreya televiziyası "Google"-un Direktorlar şurasının sədri Erik Şmidt və Nyu-Meksika ştatının sabiq qubernatoru Bill Riçardsonun səfər kadrlarını yayıb.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin qınağına baxmayaraq, Amerikanın nüfuzlu iş adamı və siyasətçisi Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər ediblər.
Onlar Kim İr Sen və Kim Çen İrin xatirəsini yad etmiş, Koreya kompüter mərkəzinə baş çəkmiş və Şimali Koreyanın hazırkı lideri Kim Çen İni ölkədə əlçatan mobil rabitə yaratmağa və internetdən istifadəyə imkan yaratmağa çağırıblar.
Ekspertlər bildiriblər ki, KXDR hakimiyyəti uzun illər ərzində ilk dəfə olaraq ölkə iqtisadiyyatını xarici investorlar üçün açmağa hazırdır.
Emil Hüseynov
10/01/13 Çap et