Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2017-ci ilədək dünyada mobil bankçılıq xidmətlərindən 1 milyard insan istifadə edəcək
“Juniper Research” tədqiqat şirkətinin məlumatına əsasən, 2013-2017-ci illər ərzində öz mobil qurğuları vasitəsilə bank xidmətlərindən istifadə edən insanların sayı 590 milyondan 1 milyarda qədər artacaq.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2017-ci ilədək dünyanın mobil rabitə abunəçilərinin 15 faizi mobil bankçılıq xidmətlərindən istifadə edəcək. 2017-ci ilədək mobil bankçılıq Çin, Şimali Amerika və Qərbi Avropada daha geniş yayılacaq.
Emil Hüseynov
10/01/13 Çap et