Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin ən populyar proqramlaşdırma dilləri


"TIOBE Software" şirkəti 2012-ci il üzrə ən populyar proqramlaşdırma dillərinin reytinqini açıqlayıb. Ən böyük populyarlıq (3.37 faiz) ötən ildə olduğu kimi "Objective-C" proqramlaşdırma dilində qeydə alınıb: o, 1 il ərzində reytinqdə 5-dən 3-cü yerə qalxıb.

"ICTnews.az" elektron xəbər xidməti "opennet.ru" saytına istinadən bildirir ki, "C" proqramlaşdırma dilinin populyarlığı 0.89 faiz artıb. Nəticədə reytinqdə liderlik dəyişilib: belə ki, son 4 ildə reytinqin "şah"ı öz yerini bu proqramlaşdırma dilinə verməli olub. "C++", "PHP", "Python", "Perl", "Lisp" və "JavaScript" proqramlaşdırma dilləri reytinqdə öz mövqelərini qoruyub saxlayıblar. "Ruby" proqramlaşdırma dili 1 il ərzində reytinqdə 1 pillə irəliləyərək 11-ci mövqedə qərarlaşıb.

Xatırladaq ki, "TIOBE" populyarlıq indeksi proqramlaşdırma dillərinə marağın dəyişilməsini "Google", "Google Blogs", "Yahoo!", "Wikipedia", "MSN", "YouTube", "Bing", "Amazon" və "Baidu" kimi sistemlərdə axtarış sorğuları statistikasının təhlili əsasında tərtib edir.

Emil Hüseynov




10/01/13    Çap et