Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qazaxıstanın nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında olub


Qazaxıstan Respublikasının baş nazirinin müavini Krımbek Kuşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində K.Kuşerbayev iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb və görüşdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, logistika, İKT, turizm və s. sahələrdə əlaqələrin inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyəti bir sıra görüşlər keçirib, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin - Sumqayıt Texnologiyalar Parkı, "Green Tech" müəssisəsi, "Zəhmət Ruzi" MMC-nin fəaliyyəti ilə tanış olublar. Qazaxıstanlı qonaqlara müasir texnologiyalara əsaslanan istehsal və emal prosesləri barədə məlumat verilib.

Qeyd edək ki, ölkə başçılarının tapşırığına əsasən, Qərbi Qazaxıstan vilayətləri ilə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin Aktauya səfəri və biznes-forumun təşkili nəzərdə tutulur.

HƏQİQƏT




10/01/13    Çap et