Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər ikinci amerikalı hələ satışa çıxarılmayan telefonu almaq istəyir


“Apple” şirkətinin yeni “iPhone 5” telefonu hələ Stiv Cobs tərəfindən təqdim edilməyib. Lakin buna baxmayaraq bir çox amerikalılar artıq onu almağa hazırdılar. Bu barədə “PriceGrabber” şirkətinin tədqiqatı nəticəsində məlum olub. Cari ayın əvvəlində bu firmanın əməkdaşları ABŞ sakinləri arasında onlayn sorğu təşkil ediblər. Tədqiqatda müxtəlif yaş kateqoriyalarına aid olan 2852 insan iştirak edib. Respondentlərin üçdə birinin, təxminən 35%-nin mütləq 5-ci nəsil “iPhone” alacağı məlum olub. Bundan başqa, sorğu nəticəsində 51% insanın “iPhone 5” çıxdıqdan sonra il ərzində onu əldə edəcəyi aydın olub, sorğuda iştirak edənlərin 31%-i isə bunu 2011-ci ilin sonuna kimi etməyi planlaşdırır.


infox.ru




27/07/11    Çap et