Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu gün “Wordpress” bloq platformasının təsisçisi doğulub
1984-cü il yanvarın 11-də hazırda dünyanın ən populyar bloq platforması sayılan "WordPress"-in təsisçisi Met Mullenveq anadan olub.
"ICTnews.az" elektron xəbər xidməti "forbes.ru" saytına istinadən bildirir ki, Mullenveqin proqram təminatına həvəsi ona atasından keçmişdi. Belə ki, atası neft şirkətlərindən birində proqramçı vəzifəsində çalışırdı.
Mettu Hyuston Universitetində təhsil alarkən "WordPress" layihəsini yaratmaq ideyası haqqında düşünməyə başlayır. Nəhayət, 2003-cü ilin mayında platformanın birinci versiyası işıq üzü görür.
Hazırda dünyada fəaliyyət göstərən saytların 60 milyondan çoxu və ya hər 6 saytdan biri "WordPress sistemində fəaliyyət göstərir.
Emil Hüseynov
11/01/13 Çap et