Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” “ağıllı” telefonları sayəsində qiymətə “mindi”


"Nokia"nın mətbuat xidmətindən verilən məlumata əsasən, şirkətin "Lumia" "ağıllı" telefonlarının satış həcmi analitiklərin proqnozlarından yuxarıdır. Bu məlumatın elan edilməsi sayəsində şirkətin səhmlərinin qiyməti 15 faizdən çox artmış və investorlar Finlandiya şirkətinin son rübdə mənfəət əldə edəcəyinə ümid edirlər.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Nokia" şirkəti 2012-ci ilin dördüncü rübündə 4.4 milyon "Lumia" qurğusu sata bilib. 2011-ci ilin dördüncü rübündə şirkət ümumilikdə 86,3 milyon "ağıllı" telefon satıb.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə 113,5 milyon "ağıllı" telefon satmışdı. "Nokia"nın tam rüblük hesabatını yanvarın 24-də təqdim edəcəyi gözlənilir.

Emil Hüseynov




11/01/13    Çap et