Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnnovasiya xidmətləri hazırlayan “Swets”dən Azərbaycanda da istifadə etmək mümkün olacaq


Etibarlı informasiya mənbəyi sayılan “Swets” şirkətinin xidmətlərindən Azərbaycanda istifadə etmək istəyənlər Elmi İnnovasiyalar Mərkəzinə (EİM) müraciət edə bilərlər.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən EİM-dən bildirilib ki, “Swets” peşəkar informasiyanın idarə edilməsi sahəsində dünya bazarında liderdir: “O, kitabxanalar və nəşriyyatlar üçün biliklərdən tam həcmdə istifadə etməyə icazə verən məzmunun idarə edilməsi innovasiya xidmətlərini hazırlayır və çatdırır.

“Swets” bütün dünyada iyirmidən çox ofisindən 160-dan çox ölkədə minlərlə müştəriyə və naşirə xidmət edir. “Swets” - informasiya xidmətləri bölməsidir”.

HƏQİQƏT




11/01/13    Çap et