Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gövhər Baxşəliyeva: «Hüquqi mexanizmlərin işlənməsi azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayır»
«Elm, mədəniyyət, təhsil, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrə daim dövlət qayğısı göstərilir. Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayır ki, bu da dövlətimiz üçün strateji bir vəzifədir».
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva söyləyib. Millət vəkili bildirib k, bu vəzifənin yerinə yetirilməsi üçün ziyalılar bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər:
«Etiraf etmək lazımdır ki, bu gün bazar iqtisadiyyatına, özəl sektorun inkişafına alternativ yoxdur. Təbii ki, bütün sahələrdə baş verən inkişaf proseslərində elmi əsaslandırmalar dayanır. Yəni həyata keçirilən hər hansı proqram, layihələr elmi əsaslara söykənir».
SEYMUR
11/01/13 Çap et