Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin ən yenilikçi şirkətləri bəlli oldu


Yenilik yalnız dəbdə olan cihaz və çox nazik televizorlar demək deyil. Avtomobil, sənaye sektoru və məişət biznesində fəaliyyət göstərən şirkətlər yeniliyə can atırlar. Lakin maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən beynəlxalq "Boston Consulting Group" (BCG) konsaltinq şirkətinin aparıcı mütəxəssislərinin tərtib etdiyi növbəti yenilikçilər reytinqində texnologiya və telekommunikasiya firmaları əvvəlki kimi liderlik edirlər.

"ICTnews.az" elektron xəbər xidməti saytına istinadən bildirir ki, "Apple" reytinqdə 8 il ardıcıl olaraq lider seçilib. İkinci yerdə yenidən "Google" qərarlaşıb. "Samsung" şirkəti üçüncü, "Microsoft" korporasiyası isə dördüncü mövqedə yerləşib. İlk onluqda, həmçinin "Facebook" (3), "IBM" (6), "Sony" (7) və "Amazon" (9) şirkətləri yer alıb.

Qeyd edək ki, "BCG"-nin tərtib etdiyi reytinqdə "Facebook" sosial şəbəkəsi aşağı mövqedən ilk beşliyə doğru uğurlu sıçrayış edib. "Twitter" ilk dəfə olaraq 50 yenilikçi şirkət arasında yer alıb. Reytinqdə "Dell" (+17), "HTC" (+23), "HSBC" (+21) və "McDonald's" (+12) şirkətləri, həmçinin nəzərəçarpacaq sıçrayış ediblər.

Tədqiqat müxtəlif sahələri təmsil edən 1500 menecer və mütəxəssisin sorğusu əsasında tərtib edilib. Respondentlərin 24 faizi bildirib ki, innovasiya biznesin prioritet istiqamətini təşkil edir.

Respondentlərin 52 faizi üçün innovasiya əhəmiyyətinə görə ikinci və ya üçüncüdür. İnnovasiya fəaliyyətinə daha çox avtomobil konsernləri diqqət ayırır.

Emil Hüseynov




11/01/13    Çap et