Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter və televizorlar naqilsiz işləyəcək
"IEEE Standards Association" assosiasiyası "WiGig" texnologiyasını standartlaşdırıb. Nəzəriyyəyə əsasən, bu texnologiya kompüter və televizorları naqillərdən "xilas" etməlidir.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni texnologiya 60 QHs tezlik diapazonunda işləyir və informasiyanı 10 metr məsafədə 7 Qbit/san sürətlə ötürməyə imkan verir.
Müqayisə üçün qeyd edək ki, müasir "802.11g" routeri informasiyanı 50 Mbit/san sürətlə ötürür. Rəsmi sertifikasiyaya əsasən, standartlaşdırılmış "WiGig" dəstəkli birinci qurğular 2013-cü ilin ikinci yarısında istehsal ediləcək.
Emil Hüseynov
11/01/13 Çap et