Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Baktelekom”un xidmətləri üzrə ödənişləri onlayn qaydada həyata keçirmək mümkündür
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelekom) təqdim etdiyi xidmətlər üzrə ödəniş prosesini asanlaşdırıb.
"ICTnews" elektron xidmətinin birliyə istinadən verdiyi məlumata görə, istifadəçilər internet və telefon üzrə xidmət haqlarını onlayn qaydada ödəyə bilərlər. Ödənişlər birliyin saytında yerləşdirilmiş "Onlayn ödəmə" bölməsi vasitəsilə və ya "www.hesab.az" saytı üzərindən həyata keçirilir.
Beləliklə, abunəçilər telefon qovşaqlarına və poçt şöbələrinə getmədən daha rahat şəkildə ödəniş aparmaq imkanı əldə edirlər.
CAHANGİR
11/01/13 Çap et