Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əyilən ekranlı “ağıllı” telefon təqdim edilib


“Samsung” şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES 2013” sərgisində orqanik işıq diodları (OLED) texnologiyası əsasında hazırlanmış “HD” displeylə təchiz edilmiş “ağıllı” telefon nümunəsini təqdim edib.

Qurğunun ekranı sağ tərəfdən əyilib. Həmin əyilmiş hissədə bildirişlər, xəbər lenti və ya daxil olan “SMS” göstərilə bilər. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ekranda tərəflər nisbəti 16:9, təsvir ölçüsü isə təxminən 720p təşkil edir. Arxa qapağın üzərindəki yazıya əsaslanaraq qeyd etmək olar ki, qurğunun diaqonalı 5,55 düymə bərabərdir.

Qurğu ilə yaxından tanış olmuş “The Verge”-nin jurnalistləri bildiriblər ki, təqdim edlmiş “ağıllı” telefon işçi nümunə olmadığı üçün onda rabitə, əməliyyat sistemi və kamera modulu mövcud deyil. Korpus plastik kütlədən hazırlanıb və içərisi boş kimi görsənir. “Samsung”un təqdim etdiyi prototipdən real məhsul hazırlamağı planlaşdırıb-planlaşdırmaması hələ ki məlum deyil.

Emil Hüseynov




11/01/13    Çap et