Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İçərişəhər “Wi-Fi” zona ilə tam əhatə ediləcək
Artıq bu gün İçərişəhərin bir hissəsi “Wi-Fi” zona ilə əhatə edilib və istənilən şəxs burada pulsuz internetdən istifadə edə bilər. Bu barədə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun rəis köməkçisi Elnur Əliyev məlumat verib.
E.Əliyevin sözlərinə görə, İçərişəhərdə əhəmiyyətli tarixi-memarlıq abidələri və insanların daha çox toplaşdığı yerlərdə internetə çıxış təmin ediləcək. Perspektivə bütün “İçərişəhər” “Wi-Fi” zona ilə əhatə olunacaq. Bundan başqa o, yeni sistemin də sınaqdan keçirildiyini bildirib. Bu sistem mobil telefondan elektron bələdçiyə qoşulmağa imkan verəcək və ziyarətçi tarixi-memarlıq, dini abidələrə yaxınlaşdıqda bu barədə ətraflı məlumat alacaq.
27/07/11 Çap et