Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DSK: «Ölkənin iqtisadi və sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də informasiya və rabitədir»
İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalı 2012-ci ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 faiz artaraq 48.2 milyard manata çatıb. Əlavə dəyərin 1.8 faizi rabitədə istehsal olunub.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitə bildirir ki, ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9.7 faiz artıb, neft sektorunda isə 6.5 faiz azalıb. Emal bölməsinin məhsullarından kompüter və digər elektron avadanlıqları istehsalı 7.1 dəfə artıb.
DSK vurğulayır ki, ölkənin iqtisadi və həm də sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də informasiya və rabitədir. Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 16.8 faiz çox informasiya və rabitə xidməti göstəriblər. Xidmətlərin 72.1 faizi və ya 923.2 milyon manatı əhaliyə göstərilib və 20.4 faiz artıb:
«Respublikanın iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2011-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9.0 faiz çoxalaraq 390.2 manata çatıb. İnformasiya və rabitə sahələrində çalışanların əməkhaqqı 620.3 manat təşkil edib».
SEYMUR
14/01/13 Çap et