Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Massaçusets Texnologiya İnstitutunun saytı “sındırılıb”


"Anonymous" haker qruplaşması Massaçusets Texnologiya İnstitutunun (MTİ) saytını "sındırıb". "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, universitetin saytının (mit.edu) əsas səhifəsində internet-aktivist və "Reddit" layihəsinin həmtəsisçisi Ayron Şvarsın ölümünə həsr edilmiş müraciət yerləşdirilib.

Hakerlər onun ölümünün dəqiq araşdırmasını tələb ediblər. Hakerlər müraciətin sonunda saytın administrasiyasından üzr istəyib və Şvarsın ölümü ilə bağlı tam məsuliyyəti universitetə həvalə etmədiklərini bəyan ediblər.

Qeyd edək ki, 26 yaşlı proqramçı yanvarın 12-də Nyu-York şəhərində yerləşən mənzilində ölü tapılıb. Şvars "MTİ"-nin kompüter şəbəkəsi ilə bağlı məsələdə təqsirləndirilirdi: o, 5 milyon elmi məqaləni qanunsuz yükləməkdə ittiham edilirdi. Məhkəmə bu məsələ ilə əlaqədar hökm çıxarda bilmədi.

Emil Hüseynov




14/01/13    Çap et