Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar Mobile”ya yeni Baş direktor təyin olundu


Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile" şirkətə yeni Baş direktor təyin olunduğunu elan edib. Şirkətin yeni direktoru Kent Maknilidir.

Cənab Maknili dünyanın ən böyük rəqabətə malik olan bazarlarında iri telekommunikasiya şirkətlərinin idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir.

O, idarəetmə, marketinq və mühəndislik sahələrində müstəsna xidmət siyahısına malik olan, yüksək səviyyəli menecerdir; cənab Maknili, özünün uzaqgörənliyi, liderliyi və maliyyə sahəsində fərasətinə görə tanınır. O, 4 qitədə, müxtəlif şirkətlərdə bir sıra yüksək vəzifələr tutmuş və "VimpelCom" (Beeline şirkətinin brendi), "Eastman Kodak", "Citibank" və s. kimi şirkətlərin fəaliyyətinə özünün qiymətsiz töfhəsini vermişdir.

Cənab Maknili, olduqca qısa bir zamanda öz biznesini və gəlirini artırmış bir sıra kampaniyalar üçün cavabdeh olmuşdur. Öz təyinatı haqqında danışaraq, cənab Maknili bildirib ki: «Mən ölkədə ən sürətlə inkişaf edən mobil operator olan "Nar Mobile"-a qoşulduğum üçün xoşbəxtəm. Biz, məhsullarımızın və xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və məqbul qiymətlərin saxlanılması üzərində işi davam etdirəcəyik. Biz həmçinin qüvvəmizi, mobil internetin inkişafında yer alan yeni və əhəmiyyətli imkanların axtarışında cəmləşdirəcəyik».

"Nar Mobile", bu il ərzində, cənab Maknilinin rəhbərliyi altında eyni zamanda yeni nailiyyətlərə can atmaqla, öz abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edəcəkdir.

Qeyd edək ki, şirkətin keçmiş Baş Direktoru Yurgen Pits karyerasını "Azertelecom" şirkətinin Baş Direktoru qismində davam etdirəcək.




14/01/13    Çap et