Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu datçik həyati əhəmiyyət daşıyan siqnalları izləyəcək
Uolter De Brove "gələcəyin termometri"ni hazırlayır. "Scout" orqanizmin siqnallarını (elektrokardioqrama, temperatur, ürək döyüntülərinin tezliyi, oksigenin qandakı səviyyəsi) izləyən kiçik ölçülü kvadrat qurğudur.
"ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, "Scanadu" şirkətinin baş direktoru Brove diqqəti ona yönəldir ki, biz sağlam olduqda orqanizmimiz bizə heç bir məlumat ötürmür. Lakin xəstələndikdə bu barədə onun inkişafından daha əvvəl siqnal əldə edə bilərik.
"Scout" adlı qurğu məhz orqanizmin ən mühüm siqnallarına nəzarət edir. Qurğudan istifadə etmək üçün onu başa taxmaq və təxminən 10 saniyə ərzində saxlamaq lazımdır.
Bundan sonra cihaz orqanizmin vəziyyətini əks etdirən bütün məlumatları "ağıllı" telefona quraşdırılmış xüsusi tətbiqə göndərir. Cihaz 2013-cü ilin sonunda satışa çıxarılacaq. Qiyməti haqqında məlumat yoxdur.
Emil Hüseynov
14/01/13 Çap et