Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Xüsusi parça vasitəsilə mobil telefonlara enerji yükləmək olacaq
Yaponiyalı alimlərin ixtira etdiyi xüsusi parça vasitəsilə mobil telefon və ya digər elektron qurğuları enerji ilə yükləmək mümkün olacaq. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, yeni parça ən nazik fotoelementlərdən toxunub və enerjini günəş işığından alır.
Alimlərin sözlərinə görə, ixtira üzərində hələ bəzi tamamlama işləri aparılmalıdır. Məsələn, elektron qurğuların geyimə quraşdırılmış "qida" mənbəyinə hansı üsulla qoşulacağı hələ ki məlum deyil. "Qabaqcıl parça" hələ ki bazara çıxarılmayıb, lakin bir çox geyim fabrikləri və elektronika istehsalçıları artıq bu ixtiradan istifadə etmək marağını gizlətmir.
Emil Hüseynov
15/01/13 Çap et