Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefonların İMEİ kodları


Mobil telefonların İMEİ kodlarının vahid məlumat bazasının yaradılması layihəsi baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub. Hazırda ayrı-ayrı qurumlar üzrə razılaşdırmalar aparılır.
"Simbrella" şirkətinin baş direktoru Seymur Məmmədov İCTNews-ə bildirib ki, layihənin realizəsi Azərbaycan ərazisinə gətirilən bütün mobil telefonların qeydiyyatını nəzərdə tutur. Hazırda sistemin analitik proqram hissəsi hazırdır və sınaq rejimində özünü yüksək səviyyədə doğruldub. Layihə üzrə texniki işlər "Simbrella" şirkəti tərəfindən həyata keçirilir. Məlumat bazası Azərbaycana gətirilən mobil telefonların İMEİ kodlarının hesabına formalaşacaq. Qeydiyyat həm gömrük xidmətində, həm də şəbəkəyə qoşulan zaman həyata keçiriləcək. Layihəyə dövlət idarələri və mobil rabitə operatorları cəlb edilib.
Layihənin tənzimləyicisi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.
Mobil telefonların İMEİ kodlarının hüquqi qeydiyyat bazası qüvvəyə mindikdən sonra aparat-proqram təminatı qoşulacaq ki, bu da ölkəyə qeyri-qanuni yollarla gətirilən telefonları söndürməyə imkan verəcək.




01/06/11    Çap et