Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Patent sahiblərinin siyahısında 20 il ardıcıl lider mövqedə qərarlaşan şirkət hansıdır?
"IBM" korporasiyası 2012-ci ildə analitika, "Böyük məlumatlar", kibertəhlükəsizlik, "bulud" texnologiyaları, mobil rabitə, sosial şəbəkə və virtual mühitlər, həmçinin pərakəndə ticarət, bank işi, səhiyyə və nəqliyyat üçün sahəvi həllər daxil olmaqla İT-nin müxtəlif sahələrində edilmiş ixtiralara görə 6400-dən çox patent əldə etdiyini bəyan edib.
Nəticədə şirkət "IFI Claims Patent Services" təşkilatının hər il tərtib etdiyi aparıcı patent sahiblərinin siyahısında (ABŞ) lider mövqedə qərarlaşıb. Reytinqdə ikinci yerdə ötən il ABŞ-da təxminən 5 min patentə sahiblənmiş "Samsung Electronics" yer alıb.
"Canon" şirkəti 3 min qabaqcıl hazırlaması ilə üçüncü mövqedə qərarlaşıb. "ICTnews.az" elektron xəbər xidməti "servernews.ru" saytına istinadən bildirir ki, "IBM" korporasiyası ABŞ-da aparıcı patent sahiblərinin siyahısında 20 il ardıcıl olaraq lider mövqedə qərarlaşır.
Emil Hüseynov
15/01/13 Çap et