Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Surface” planşet kompüterinin satış həcmi açıqlanıb


2012-ci ilin dördüncü rübündə "Microsoft Surface" planşet kompüterinin satış həcmi təxminən 1 milyon təşkil edib. Bu göstərici əvvəl hesablanmış qiymətdən 2 dəfə aşağıdır.

Bu barədə "UBS"-in analitiki Brent Sillə (Brent Thill) istinadən "CNet" nəşri yazıb. "Microsoft"un baş direktoru Stiv Balmer ötən ilin iyulunda planşeti elan etdikdən sonra bəyan etmişdi ki, onlar yaxın ildə bir neçə milyon "Surface" satmaq niyyətindədirlər.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, şirkət indiyə qədər planşetin satış həcmini rəsmi şəkildə açıqlamayıb. 

Emil Hüseynov




15/01/13    Çap et