Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazirlik elektron xidmətlərin göstərilməsi üçün mobil platforma işə salır
Sənaye və Energetika Nazirliyi elektron xidmətlərin göstərilməsi üçün mobil platformanı işə salır. Nazirlikdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, qurumun resursunun "Wap" versiyasından (wap.sen.gov.az/) yanvarın sonunda istifadə etmək mümkün olacaq.
Sonrakı mərhələ resursun "Pda" versiyasının işlənib hazırlanmasını və qurumun portalının mobil qurğuların (iOS, Android, BlackBerry və s.) əməliyyat sistemlərinə uyğunlaşdırılmasını nəzərdə tutur.
RƏVAN
15/01/13 Çap et