Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz internet operatoru regionlarda da fəaliyyətini genişləndirir


Yaxın günlərdə «Sazz 4G» adı altında fəaliyyət göstərən «AzQtel» MMC Zaqatala, Quba, Qusar, Şəki, Lənkəran və digər şəhərlərdə fəaliyyət göstərəcək. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bunun üçün son hazırlıqlar başa çatıb.

Simsiz çoxkanallı qoşulma texnologiyası əsasında (WiMAX) qurulmuş «Sazz 4G» provayderi 2010-cu ilin sonunda Bakı və Abşeron qəsəbələrində fəaliyyət göstərməyə başlayıb. Hazırda «Sazz 4G» İnternet şəbəkəsinin əhatə dairəsinə Bakı və Abşeron yarımadasının əksər qəsəbələrindən başqa eləcə də Xırdalan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərləri daxil edilib.

Şirkətin prezidenti Ceyhun Mollazadənin verdiyi məlumata görə, "WiMAX" avadanlıqların istehsalçısı "ZTE" korporasiyası ilə bağlanmış müqavilə çərçivəsində ölkəyə gətirilən qurğular «Sazz 4G" İnternetin əhatə dairəsini genişləndirməklə yanaşı, mövcud şəbəkəni əhəmiyyətli dərəcədə gücləndirmək üçün nəzərdə tutulub.

«Sazz 4G» saniyədə 10 Mbit-ə qədər İnternetə qoşulmaq imkanını trafik həcminə heç bir məhdudiyyət qoymadan, tamamilə limitsiz təklif edir. Belə ki, abunəçinin qoşulma sürəti istifadə olunmuş trafikin həcmindən asılı olmayaraq dəyişməz qalır. «Sazz 4G» xidmətinin keyfiyyətini yoxlamaq üçün bütün yeni müştərilərə 5 günlük pulsuz sınaq müddəti təklif olunur.

RƏVAN




15/01/13    Çap et