Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Norveçdə elektriklə işləyən bərə təqdim edilib
Almaniyanın "Siemens" şirkəti Norveçin "Fjellstrand" gəmiqayırma tərsanəsi ilə birgə avtomobillərin daşınması üçün dünyada ilk elektriklə işləyən bərə hazırlayıb. Gəminin uzunluğu 80 metr təşkil edir və o, 120 maşın və 360 sərnişin daşıya bilər.
"ICTnews.az" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, 2015-ci ildən etibarən bərə Norveçdəki Soqne-fiordda işləməyə başlayacaq. Gəmi akkumulyatorlarla təchiz edilib və o, bərə sahilə yan aldıqda enerji ilə doldurulacaq.
Batareyaların enerji ilə doldurulmasına cəmisi 10 dəqiqə vaxt sərf olunacaq. Gəminin sürəti 10 dəniz mili (18 km/saat) təşkil edir.
Emil Hüseynov
15/01/13 Çap et