Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nə? Harada? Nə vaxt?” intellektual oyununun Cənubi


İyulun 29-dan 31-dək Gürcüstanın Batumi şəhərində “Nə? Harada? Nə vaxt?” intellektual oyununun Cənubi Qafqaz üzrə 13-cü çempionatı keçiriləcəkdir. Birincilik uğrunda Azərbaycan, Gürcüstan və Ermənistan yığmaları yarışacaqlar. 55 komandanın iştirak edəcəyi bilik yarışının münsiflər heyətinə “Büllur bayquş” mükafatı laureatları Aleksandr Druz (Sankt-Peterburq), Aleksandr Rubin, İlya Novikov (hər ikisi Moskva) və Yelena Potanina (Odessa) daxildir. Çempionatın baş sponsoru “Caucasus Online” şirkətidir. İndiyədək keçirilmiş 12 çempionatda Azərbaycan 5, Gürcüstan 4, Ermənistan isə 3 dəfə qələbə qazanıb. Yarış Batumi meriyası və şəhər şurasının, Acarıstan Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcəkdir.




28/07/11    Çap et