Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da “Facebook” istifadəçilərinin sayı kəskin azalıb


2012-ci ilin dekabrında "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı ABŞ və Böyük Britaniyada kəskin azalıb. Bu barədə "MarketWatch" məlumat verib.

"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, ABŞ-da aktiv istifadəçilərin sayı 670 min, Böyük Britaniyada isə təxminən 1 milyon azalıb. Sosial şəbəkə istifadəçilərinin aktivliyinin azalması normal hadisədir: istifadəçilər milad bayramına görə sosial şəbəkəyə daha az daxil olurlar.


"Facebook"da aktiv istifadəçilərin sayına görə (169 milyon) ABŞ birinci yerdə qərarlaşıb. İkinci yerdə 65 milyon aktiv istifadəçisi olan Braziliya yer alıb. Hindistan (62 milyon) siyahıda üçüncüdür.

Qeyd edək ki, "Facebook"un səhmlərinin qiyməti ötən həftə 30 dolların çivarını aşıb.

Emil Hüseynov




16/01/13    Çap et