Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İsveç provayderi "kosmik" məlumat mərkəzi tikib (VİDEO)
İsveçin tanınmış "Bahnhof" internet provayderi daha əvvəl qalmaqallı "Wikileaks" layihəsinə hostinq xidməti göstərməsi və İsveçin ucqar regionlarında məlumat mərkəzləri tikməsi ilə məşhurlaşmışdı. "Bahnhof"un hazırda Stokholm, Göteburq, Uppsala və Lundada server meydançaları mövcuddur.
Bundan başqa, şirkətin dağlarda partlayışa davamlı bunkerdə yerləşən "Pionen" məlumat mərkəzi fəaliyyət göstərir. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bu internet provayder yeni bir təşəbbüslə çıxış edib: şirkət futurizm dizaynında birinci modulyar məlumat mərkəzini tikməyə başlayıb.
Məlumat mərkəzi görünüşcə kosmik stansiya və ya planetlərarası gəmini xatırladır. Qeyd edək ki, modulların daxilində server avadanlığı və şəbəkə qurğularını müdafiə edən gülləkeçirməyən divarlar mövcuddur.
Şirkətin baş direktoru Yon Karlunq bildirib ki, şirkət qeyri-standart şəraitdə fəaliyyət göstərən məlumat mərkəzlərini birinci dəfə tikmir və "Bahnhof" provayderinin heyətinin xeyli təcrübəsi var.