Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon”un ikinci rübdə gəliri 51% artıb


“Amazon” şirkəti cari ilin ikinci rübü üzrə maliyyə hesabatını dərc edib. 2011-ci ildə dünyada ən böyük onlayn riteylerin gəliri keçən ilin həminki dövrü ilə müqayisədə 51% artıb. Şirkət rəhbəri Ceff Bizosun sözlərinə görə, “Amazon” ikinci rüb ərzində son 10 ilin ən böyük biznes artımını yaşayıb. Şirkətin gəliri $9,9 milyard olub. Xalis gəlir 191 milyon dollar təşkil edib.


internet.cnews.ru




28/07/11    Çap et