Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir “Afrika üçün Qabaqcıl İnkişaf Fondu”nun təsisçisi ilə görüşüb
Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasov "Afrika üçün Qabaqcıl İnkişaf Fondu"nun təsisçisi və prezidenti xanım Kumba Ture ilə görüşüb. Qonağı ölkəmizdə salamlayan nazir bu səfərin uğurlu olacağından əminliyini ifadə edib.
Sözügedən görüş zamanı xanım Kumba Turenin rəhbərlik etdiyi təşkilat və RİTN arasında əməkdaşlığın gələcək perspektivləri barəsində və təşkilat tərəfindən həyata keçirilməsi nəzərdə tutulan "Afrika Gənclər üçün Yardım məqsədilə Təhsil Proqramı" layihəsi ilə əlaqədar fikir və ideya mübadiləsi aparılıb.
Layihənin əsas məqsədlərindən biri Afrikada əlil uşaqların üzləşdiyi problemlərin aradan qaldırılmasında informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək innovasiya mexanizmlərini tətbiq etməkdir.
Xanım Kumba Ture rəhbərlik etdiyi qurumla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında yaranan əməkdaşlıqdan qürur hissi duyduğunu məmnunluqla ifadə edib.
16/01/13 Çap et