Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IDC” 2013-cü ildə prosessor bazarında cüzi artım proqnozlaşdırır
"IDC" analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə mikroprosessorların satış həcmi 40,7 milyard dollar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 1.6 faiz çoxdur.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, cari ildə prosessor tədarüklərinin həcmi ədədi ifadədə 3,2 faiz artaraq 384 milyona bərabər olacaq.
Emil Hüseynov
16/01/13 Çap et