Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” şirkəti Direktorlar Şurasının sədr müavinini təyin edib


“İntel” korporasiyası Endi Brayantı Direktorlar Şurasının sədr müavini təyin edib. 2012-ci il may ayında səhmdarlar yığıncağında keçiriləcək səsvermədən sonra onun icraçı funksiyalarla idarə rəhbəri təyin ediləcəyi gözlənilir. Rəsmi məlumatda deyilir ki, 2012-ci ilin may ayına qədər Brayant Ceyn Şou ilə paralel işləyəcək. Ceyn hal-hazırda icraçı funksiyalarsız Direktorlar Şurası sədri vəzifəsini tutur. May ayında o, bu postu tərk edəcək. Qeyd edək ki, Brayant 13 il ərzində “İntel” korporasiyasının maliyyə direktoru olub, həmçinin istehsal, informasiya texnologiyaları bölməsinin, kadr şöbəsinin və maliyyə departamentinin işinə cavabdeh olub. Hal-hazırda Endi Brayant, həmçinin “Columbia Sportswear” və “Kryptiq” şirkətlərində direktordur.


biz.cnews.ru




28/07/11    Çap et