Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dell” fləş-kart ölçüsündə “Android” kompüterini istehsal edib
“Dell” şirkəti “Project Ophelia” adlı çox yığcam kompüter təqdim edib. Onun ölçüləri fləş-kart boydadır. Kiçik ölçülü fərdi kompüter “USB” port vasitəsilə televizora qoşulur. Yeniliyin relizi 2013-cü ilin birinci yarısına planlaşdırılıb.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Project Ophelia”-nın daxilində 2 modul (Bluetooth və Wi-Fi) quraşdırılıb. Birinci periferiya qurğularının (klaviatura və siçan) qoşulması, ikincisi isə simsiz şəbəkəyə qoşulmaq üçün istifadə olunur.
Qurğunun digər xüsusiyyətləri haqqında məlumat verilmir.
Emil Hüseynov
17/01/13 Çap et