Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şifrələrin 90 faizini bir neçə saniyə ərzində “sındırmaq” mümkündür
“Deloitte Canada” analitik şirkətinin tədqiqat məlumatına əsasən, hazırda kompüter istifadəçilərinin seçdiyi şifrələrin 90 faizindən çoxunu sayılı saniyələr ərzində “sındırmaq” olar.
“ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, istifadəçilər şifrə seçimində çox vaxt standart səhvlərə yol verirlər: bir neçə hesab üçün eyni şifrədən istifadə, şifrə yaratmaq üçün proqnozlaşdıra bilən alqortim, həmçinin sadə şifrələrdən istifadə.
Tədqiqatçıların məlumatına görə, proqram təminatı tərtibatçıları və kompüter avadanlığı istehsalçıları “qurban”ların şifrələrinin seçimi üzrə bazara daha səmərəli proqram və aparat həlləri tədarük edirlər.
Müasir hakerlərin əlində, həmçinin hesab məlumatlarını “sındırmaq” üçün böyük sayda kompüterləri birləşdirmək imkanı var. Şifrələrdən audentifikasiya vasitəsi kimi istifadə yaxın illərdə öz aktuallığını qoruyub saxlayacaq və şirkətlər əməkdaşlarını məlumat sızmasından qoruyacaq texnika və qaydalar yaratmalıdır.
Xatırladaq ki, “SplashData” şirkətinin məlumatına əsasən, 2012-ci ildə ən etibarsız şifrələr aşağıdakılardır:
1. password
2. 123456
3. 12345678
4. abc123
5. qwerty
6. monkey
7. letmein
8. dragon
9. 111111
10. baseball
11. iloveyou 12.
trustno1
13. 1234567
14. sunshine
15. master
16. 123123
17. welcome
18. shadow
19. ashley
20. football
21. Jesus
22. michael
23. ninja
24. mustang
25. password1
Emil Hüseynov
17/01/13 Çap et