Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyalı mühəndis yeriyən robot yaradır
Yaponiyalı mühəndis Sakamotonun hazırladığı nəhəng robotu onun daxilində oturaraq idarə etmək mümkün olacaq. Robotun hündürlüyü 4 metr təşkil edəcək. Hazırda mühəndis robotun hərəkət edə biləcək ayaqlarını yaradıb.
Yeni robot təkərlə təchiz edilməyib, o, ayaqları ilə hərəkət edir.
"ICTnews.az" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, Sakamoto Humanoid robotların yaradılması ilə məşğul olan "Hajime Research Institute" şirkətinin sahibidir.
2009-cu ildə yaponiyalı mühəndisin 210 santimetr hündürlüyündə hazırladığı robotu adi oyun coystiki vasitəsilə idarə etmək mümkün idi.
Emil Hüseynov
17/01/13 Çap et