Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” Koreyada 300 ədəd “Ultra HD” televizoru satıb
“LG” şirkətinin “Ultra High Definition” təsvir ölçüsünü dəstəkləyən 84 düymlü televizorunun istehsalından ötən 5 ay ərzində təxminən 300 belə qurğu satılıb. Orta hesabla, ay ərzində təxminən 70 müştəri televizor satın alıb.
Qeyd edək ki, bu modelin qiyməti 22 min dollar təşkil edir. “ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Ultra High Definition” təsvir ölçüsünü dəstəkləyən televizorlara tələbat hələ ki çox deyil, bir sözlə kütləvi hal almayıb. Onun satış həcminin az olması yüksək qiymət, həmçinin müvafiq məzmun çatışmazlığı ilə izah edilə bilər.
Lakin zamanla bu amillər müştərilərin seçiminə daha az təsir göstərəcək. “CES 2013” məişət elektronikası sərgisində bir çox televizor istehsalçıları “Ultra High Definition” formatını əstəkləyən qurğuları təqdim ediblər. Bazarda belə qurğuların çoxalması onların qiymətinin aşağı düşməsi ilə nəticələnəcək.
Xatırladaq ki, bu yaxınlarda Avropada “Ultra High Definition” təsvir ölçüsündə birinci peyk kanalı işə başlayıb.
Emil Hüseynov
18/01/13 Çap et