Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
9 356 000 nəfər - qızlar oğlanlardan 5 il çox yaşayacaq
Azərbaycan əhalisi 9 356 000 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci il ərzində ölkə əhalisinin sayı 121,4 min nəfər artıb ki, bu da 1,3 faiz artım deməkdir. Əhalinin yarıdan çoxu - 52,9 faizi şəhərdə yaşayır.
Azərbaycanda qadınların sayı kişilərə nisbətən yenə də çox olaraq qalır - 50,4 faiz. Beləliklə hər 1000 nəfər kişiyə 1016 qadın düşür. Ölkədə gənclər əhalinin 30,3 faizini təşkil edir. Komitə ötən il doğulan körpələrin gözlənilən ömür uzunluğunu da hesablayıb.
Belə ki, hesablamalara görə, körpələr üçün ömür uzunluğu 73,8 yaş təşkil edəcək. Qızlar oğlanlardan 5 il çox yaşayacaq - oğlanlar üçün 71,2, qızlar üçün isə 76,5 yaş müəyyən olunub.
18/01/13 Çap et